“Tottenhem”dən gözlənilməz məğlubiyyət: ehtiyatdan çıxan futbolçu oyunun taleyini həll etdi - YENİLƏNİR + VİDEO

7 Noyabr 2026 18:31
73
“Tottenhem”dən gözlənilməz məğlubiyyət: ehtiyatdan çıxan futbolçu oyunun taleyini həll etdi

İngiltərə Premyer Liqasının 10-cu turunda “Tottenhem” səfərdə “Lids”ə məğlub olub.

İdman.Biz xəbər verir ki, “Elland Roud” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolu 79-cu dəqiqədə Noa Okafor vurub. İsveçrəli hücumçu qoldan cəmi iki dəqiqə əvvəl meydana daxil olub.

Bu qələbədən sonra “Lids” xallarının sayını 12-yə çatdıraraq turnir cədvəlində səkkizinci pilləyə yüksəlib. 12 xalı olan “Tottenhem” isə 10-cu sırada qərarlaşıb.

İdman.Biz