“Milan”ın futbolçusu Ronaldunu özünə kumir seçdiyini açıqladı

7 Noyabr 2026 16:59
68
“Milan”ın futbolçusu Ronaldunu özünə kumir seçdiyini açıqladı

İtaliyanın “Milan” klubunun futbolçusu Dieqo Moreyra 41 yaşlı portuqaliyalı hücumçu Kriştianu Ronaldoya heyranlığını ifadə edib.

İdman.Biz xəbər verir ki, o, bir neçə gün əvvəl Portuqaliya millisindəki karyerasını başa vuran ulduz futbolçu haqqında fikirlərini bölüşüb.

“Ronaldu mənim üçün futbolun təcəssümüdür. Kriştianu hər sahədə mənə ilham verir. Beş-altı yaşımdan bəri kumirim olub. Özümə inanmağıma kömək etdiyin üçün sənə təşəkkür edirəm. Mənə futbolu nə üçün oynadığımı göstərdin”, – deyə Moreyra bildirib.

Qeyd edək ki, Kriştianu Ronaldu bu həftə Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb. O, yığmanın heyətində 234 oyun keçirib və 146 qola imza atıb.

İdman.Biz