“Kocaelispor” səfərdə qalib gəldi

7 Noyabr 2026 16:43
38
“Kocaelispor” səfərdə qalib gəldi

Futbol üzrə Türkiyə Super Liqasının onbirinci turunda “Eyüpspor” doğma meydanda “Kocaelispor”u qəbul edib.

İdman.Biz xəbər verir ki, Esenyurtdakı Necmi Kadıoğlu stadionunda keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Kocaelispor”un heyətində Aqyei 5-ci, Berkan Kutlu isə 28-ci dəqiqədə fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran “Kocaelispor” turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib. “Eyüpspor” isə 3 xalla sonuncu – 18-ci yerdə qalıb”

İdman.Biz
Məqalədə: