“Kəpəz”in fasilə dövrü üçün hazırlıq planı məlum olub

7 Noyabr 2026 15:41
51
“Kəpəz”in fasilə dövrü üçün hazırlıq planı məlum olub

“Kəpəz” futbol komandasının milli komandaların beynəlxalq oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilə dövründəki hazırlıq planı müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə klubdan məlumat yayılıb.

Bildirilib ki, Premyer Liqanın 11-ci turunda “Neftçi” ilə qarşılaşan “sarı-göylər”in futbolçuları dörd günlük istirahətin ardından noyabrın 10-da bir araya gələcəklər.

Plana əsasən, Gəncə kollektivi hazırlıq prosesi çərçivəsində bir yoxlama matçına çıxacaq. Azər Məmmədovun rəhbərlik etdiyi komanda noyabrın 14-də Gəncə stadionunun ehtiyat meydançasında Birinci Liqa təmsilçisi “Gəncəbasar”la qüvvəsini sınayacaq.

İdman.Biz