“Marafon” çimərlik futbolu komandası dünya turnirində ardıcıl dördüncü məğlubiyyətini aldı

29 Oktyabr 2026 17:38
31
“Marafon” çimərlik futbolu komandası dünya turnirində ardıcıl dördüncü məğlubiyyətini aldı

Azərbaycanın çimərlik futbolu komandası “Marafon” İK “World Winners Cup Alanya 2026” turnirindəki dördüncü matçında da məğlub olub.

İdman.Biz xəbər verir ki, F qrupunda yer alan ölkə təmsilçisi Fransanın “Sevenne” komandasına uduzub.

Matç rəqibin 7:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Marafon” İK qrupda daha əvvəl keçirdiyi görüşlərdə Çinin TMS klubuna (2:4), Ukraynanın “Sunrise” (Kiyev) komandasına (6:8) və Bolqarıstan təmsilçisi “Spartak”a (4:4, p. - 1:3) uduzub.

İdman.Biz