“Sabah” yeni stadionunda “Masazır tribunası” yaradacaq

23 Oktyabr 2026 00:24
108
“Sabah” yeni stadionunda “Masazır tribunası” yaradacaq

“Sabah” futbol klubu yeni ev stadionu olan “Sabah Arena”da tribunalarından birini Masazır sakinlərinə həsr edəcək.

İdman.Biz xəbər verir ki, Mərdəkandakı arenada “Masazır tribunası” fəaliyyət göstərəcək. Klub bununla uzun illər ərzində komandaya dəstək verən azarkeşlərinə minnətdarlığını ifadə etmək istəyir.

“Sabah” sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib:

“İllərdir yanımızda olan, sevincimizi, kədərimizi və qələbələrimizi bizimlə bölüşən Masazır sakinlərini unutmuruq!

Yeni evimiz “Sabah Arena”da onların sevgisi və sədaqətinin rəmzi olaraq “Masazır tribunası” fəaliyyət göstərəcək.

Stadionumuz dəyişsə də, dəyərlərimiz dəyişmir!”

Qeyd edək ki, “Sabah” daha əvvəl ev oyunlarını Masazırdakı “Bank Respublika Arena”da keçirirdi. Klub bundan sonra rəqiblərini Mərdəkandakı “Sabah Arena”da qəbul edəcək.

İdman.Biz