PSJ-nin baş məşqçisi Luis Enrike komandanın mövsümə uğursuz başlamasından danışıb.
İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, Enrike Liqa 1-dəki startın Çempionlar Liqasında yaşanmamasına çalışacaqlarını bildirib.
“Hər kəs bizə qarşı oynamağa köklənib və motivasiyalıdır. Bunu qəbul etməli və komfort zonamızdan çıxmalıyıq. Hər gün özümüzü yenidən kəşf etməliyik. Yalnız nəticələrə baxsaq, mövsümə startımız fəlakətlidir. Amma məşqçi kimi mən komandanın necə oynadığına baxır və meydanda baş verən hər şeyi qiymətləndirirəm.
Təkmilləşdirməli olduğumuz çox şey var. Hesab edirəm ki, daha çox xal qazanmağa layiq idik. Rəqiblərimiz zərbə vuranda həmişə bəxtimiz gətirmirdi. Bir neçə çox yaxşı qol buraxdıq. Mən narahat deyiləm. Mövsümün sonunda nəyə layiq olduğumuzu görəcəyik. Mən sakitəm, amma irəliləməliyik”, – deyə Enrike deyib.
Fransa Liqa 1-də üç turdan sonra Paris təmsilçisi 2 xal toplayaraq turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
“PSJ” növbəti oyununu Çempionlar Liqasının ümumi mərhələsinin birinci turunda keçirəcək. Paris klubu sabah “Slovan”la qarşılaşacaq.
