“İmişli”də baş məşqçi vəzifəsi latviyalı mütəxəssisə tapşırıldı

14 Oktyabr 2026 18:54
111
“İmişli”də baş məşqçi vəzifəsi latviyalı mütəxəssisə tapşırıldı

“İmişli” klubunda baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edəcək mütəxəssis müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi vəzifəsinin müvəqqəti icrası köməkçi məşqçi Ervins Perkonsa həvalə olunub. Latviyalı mütəxəssis komandanın məşq prosesinə və qarşıdakı oyunlara hazırlığına rəhbərlik edəcək.

Qeyd edək ki, “İmişli” ötən gün baş məşqçisi Fərid Namazovla yollarını ayırıb.

İdman.Biz