“Marafon” çimərlik futbolu komandası dünya turnirində ardıcıl ikinci məğlubiyyətini aldı

27 Oktyabr 2026 15:25
103
“Marafon” çimərlik futbolu komandası dünya turnirində ardıcıl ikinci məğlubiyyətini aldı

Azərbaycanın “Marafon” çimərlik futbolu komandası Türkiyədə təşkil olunan “World Winners Cup Alanya 2026” turnirində ikinci oyununu keçirib. F qrupunda mübarizə Maparan kollektiv bu dəfə Ukraynanın “Sunrise” komandası ilə üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, Alanyada baş tutan qarşılaşma məhsuldar alınıb. Ümumilikdə 14 qolun vurulduğu matçda Ukrayna təmsilçisi 8:6 hesabı ilə qalib gəlib.

Beləliklə, “Marafon” turnirdə ardıcıl ikinci məğlubiyyətini alıb. Azərbaycan komandası ilk görüşündə Çinin TMS kollektivinə 2:4 hesabı ilə uduzub.

Qrup mərhələsində hələ qələbə qazana bilməyən “Marafon” növbəti qarşılaşmasını Bolqarıstanın “Spartak” komandasına qarşı keçirəcək.

İdman.Biz