“Neftçi”nin qadınlardan ibarət komandası Çempionlar Liqasının birinci təsnifat mərhələsində final matçına çıxacaq

25 İyul 2026 16:47
103
“Neftçi”nin qadınlardan ibarət komandası Çempionlar Liqasının birinci təsnifat mərhələsində final matçına çıxacaq

Bu gün qadın futbolçulardan ibarət “Neftçi” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində final oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri birinci qrupun həlledici görüşündə Yunanıstanın PAOK komandası ilə üz-üzə gələcəklər.

Yarımfinalda Monteneqronun “Buduçnost” kollektivini üstələyən “Neftçi” ilə “Hapoel”ə (Yerusalim, İsrail) qalib gələn PAOK-un dueli Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.

Yunanıstanın Veria şəhərində təşkil olunacaq matçı Moldova və Andorradan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın qalibi ikinci təsnifat mərhələsinə yüksələcək.

25 iyul

19:30. PAOK – (Yunanıstan) - “Neftçi” (Azərbaycan)

Baş hakim: Oksana Kruk (Moldova)

Baş hakimin köməkçiləri: Valentina Zop (Moldova), Luis Akosta (Andorra)

Dördüncü hakim: Marta San Xuan (Andorra)

Veria Munisipal Stadionu

İdman.Biz