Bu gün “Zirə” futbol klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Estoniyanın “Payde” komandası ilə qarşılaşacaq.
İdman.Biz xəbər verir ki, görüş, Bakı vaxtı ilə saat 20:00-da Pyarnu şəhərindəki “Rannastaadion”da start götürəcək.
Komandalar arasındakı ilk görüşü moldovalı referi Roman Jitari idarə edəcək.
Cavab qarşılaşması iyulun 30-da baş tutacaq.
Qeyd edək ki, cütün qalibi üçüncü təsnifat mərhələsində Andorranın “Santa Koloma” və Avstriyanın “Rapid” komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq.
