Azərbaycan UEFA reytinqində mövqeyini dəyişmədi

23 İyul 2026 10:54
68
Azərbaycan UEFA reytinqində mövqeyini dəyişmədi

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.

İdman.Biz xəbər verir ki, Azərbaycan Premyer Liqası təmsilçilərinin avrokuboklardakı çıxışlarından sonra ölkənin 2026/2027-ci illər mövsümü üçün UEFA əmsalı 1,750 xal təşkil edir.

Belə ki, ilk təsnifat mərhələsində “Sabah”, “Qarabağ” və “Zirə” komandalarının uğurlu nəticələri Azərbaycanın reytinqinə mühüm töhfə verib. “Sabah” UEFA Çempionlar Liqasında Uelsin TNS klubunu hər iki oyunda məğlub edib (2:0, 2:1), “Qarabağ” UEFA Avropa Liqasında İslandiyanın “Vestri” komandasını iki görüşdə 3:0 hesabı ilə üstələyib, “Zirə” isə UEFA Konfrans Liqasında Gürcüstanın “Torpedo” klubunu ümumi 6:0 hesabı ilə mübarizədən kənarlaşdırıb.

Son olaraq “Sabah” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Finlandiyanın “KuPS” komandasını 1:0 hesabı ilə məğlub edərək Azərbaycanın aktivinə daha 0,250 xal əlavə edib.

Lakin “Neftçi”nin UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Bakıda Belarusun “Dinamo” (Minsk) klubuna 2:4 hesabı ilə uduzması ölkənin reytinqdə mövqeyinə təsir etməyib.

Hazırda Azərbaycanın ümumi UEFA reytinqi 20,312 xaldır və ölkə 26-cı pillədə qərarlaşıb. 25-ci sırada olan İsrail 20,750 xalla Azərbaycanın önündədir. 27-ci yerdəki Bolqarıstanın isə 18,562 xalı var.

Qeyd edək ki, UEFA ölkələr reytinqinə 101,852 xalla İngiltərə başçılıq edir.

İdman.Biz