Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizəyə başlayacaq Azərbaycanın “Sabah” klubu Finlandiya təmsilçisi “KuPS” ilə üz-üzə gələcək.
İdman.Biz xəbər verir ki, Bakı təmsilçisinin növbəti mərhələlərdəki potensial rəqiblərinin oyunları da bu gün və sabah keçiriləcək.
Belə ki, Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələcəyi halda, “Sabah” Danimarkanın “Orxus” və Polşanın “Lex” komandaları arasında keçiriləcək cütün qalibi ilə qarşılaşacaq.
21 iyul
21:00. “Orxus” – “Lex”
Bakı təmsilçisi “KuPS” səddini keçə bilməyəcəyi təqdirdə isə mübarizəsini UEFA Avropa Liqasında davam etdirəcək. Bu halda “Sabah” III təsnifat mərhələsində Bolqarıstanın “Levski” (Sofiya) və Rumıniyanın “Universitatya Krayova” komandaları arasındakı cütün məğlubu ilə üz-üzə gələcək.
22 iyul
21:30. “Levski” (Sofiya) – “Universitatya Krayova”
Əlavə edək ki, “Sabah” – “KuPS” arasında ilk oyun bu gün saat 20:00-da “Bank Respublika Arena”da başlayacaq. Komandalar arasında cavab görüşü isə bir həftə sonra Finlandiyada keçiriləcək.
