DÇ-2026-nın qalibi bu gün müəyyənləşəcək: İspaniya - Argentina

19 İyul 2026 09:26
328
DÇ-2026-nın qalibi bu gün müəyyənləşəcək: İspaniya - Argentina

2026-cı il dünya çempionatının finalında bu gün İspaniya və Argentina milliləri üz-üzə gələcəklər.

İdman.Biz xəbər verir ki, həlledici qarşılaşma ABŞ-nin Nyu-Cersi ştatındakı Nyu-York/Nyu-Cersi stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İspaniya turnirə Avropa çempionu, Argentina isə son dünya və Cənubi Amerika çempionu kimi qatılıb. İspaniya yarımfinalda Fransanı, Argentina isə İngiltərəni mübarizədən kənarlaşdırıb.

Argentina qalib gələcəyi təqdirdə tarixində dördüncü, İspaniya isə ikinci dəfə dünya çempionu olacaq.

İdman.Biz