Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində Azərbaycan təmsilçisi Jalə Əliyeva yarımfinal görüşünə çıxıb.
İdman.Biz xəbər verir ki, qadın güləşində 57 kq çəki dərəcəsində mübarizə aparan Əliyeva bu mərhələdə çinli Kesin Honqa ilə qarşılaşıb.
Görüşdə rəqibinə 0:10 hesabı ilə məğlub olan Azərbaycan güləşçisi finala yüksələ bilməyib.
Jalə Əliyeva axşam seansında bürünc medal uğrunda mübarizə aparacaq.
15:28
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turniri davam edir.
İdman.Biz xəbər verir ki, qadın güləşində 57 kq çəki dərəcəsində mübarizə aparan Jalə Əliyeva uğurlu çıxışı ilə yarımfinala yüksəlib.
Azərbaycan təmsilçisi əvvəlcə 1/8 final mərhələsində Cənubi Koreya idmançısı Yongcin Kvonu 8:3 hesabı ilə məğlub edib. Əliyeva daha sonra 1/4 finalda polşalı Maqdalena Lişevskayanı “tuş”la üstələyərək yarımfinala vəsiqə qazanıb.
53 kq çəki dərəcəsində yarışan Əsmər Cankurtaran isə 1/8 finalda çinli Cin Canqa 0:8 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
Eyni çəkidə mübarizə aparan digər Azərbaycan güləşçisi Nərgiz Səmədova da 1/8 final mərhələsində amerikalı Kristel N. Rodriges Doblerə 0:6 hesabı ilə məğlub olaraq çıxışını başa vurub.
