U-20 basketbol millimiz Şimali Makedoniya ilə qarşılaşacaq

15 İyul 2026 10:03
82
U-20 basketbol millimiz Şimali Makedoniya ilə qarşılaşacaq

Bu gün Azərbaycanın 20 yaşadək oğlanlardan ibarət basketbol millisi FIBA U-20 Avropa çempionatının B divizionunda növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, A qrupunda mübarizə aparan yığmamız dördüncü tur çərçivəsində Şimali Makedoniya seçməsi ilə qarşılaşacaq.

Bratislavadakı “GOPASS Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi turnirdə keçirdiyi ilk oyunda İsveçə 58:85 hesabı ilə məğlub olub. Komandamız ikinci turda Slovakiyanı 72:66 hesabı ilə məğlub etsə də, üçüncü qarşılaşmada İrlandiyaya 47:54 hesabı ilə uduzub.

İdman.Biz