DÇ-2026: İspaniya 16 ildən sonra yenidən mundialın finalında - YENİLƏNİB + VİDEO

15 İyul 2026 00:59
1 162
DÇ-2026: İspaniya 16 ildən sonra yenidən mundialın finalında

DÇ-2026-da Fransa və İspaniya arasında yarımfinal oyunu yekunlaşıb.

İdman.Biz bildirir ki, matç 2:0 hesabı ilə ispanların qələbəsi ilə bitib. Beləliklə, İspaniya 16 ildən sonra yenidən dünya çempionatının finalına yüksəlir.

Fransızlar isə DÇ-2022-dəki uğurlarını təkrar edə bilmədilər. Həmin çempionatda onlar ikinci olmuşdular.

00:21

Fransa - İspaniya yarımfinal matçında ikinci qol vurulub.

İdman.Biz bildirir ki, 58-ci dəqiqədə ispanlardan Pedro Porro ikinci qolu vurub - 2:0.

00:06

Fransa - İspaniya yarımfinal matçında ikinci hissə başlayıb.

İdman.Biz bildirir ki, birinci yarıdan sonra ispanlar irəlidədirlər - 1:0.

23:51

Fransa - İspaniya yarımfinal matçında ilk hissə bitib.

İdman.Biz bildirir ki, birinci yarıdan sonra ispanlar irəlidədirlər - 1:0.

23:23

Fransa - İspaniya yarımfinal matçında hesab açılıb.

İdman.Biz bildirir ki, 22-ci dəqiqədə Mikel Oyarsabal penaltıdən ispanları irəli çıxarıb.

23:01

Futbol üzrə DÇ-2026-nın yarımfinal mərhələsinə start verilib.

İdman.Biz xəbər verir ki, bu mərhələnin ilk oyun günündə Fransa yığması İspaniya millisi ilə üz-üzə gəlir.

09:51

Futbol üzrə DÇ-2026-nın yarımfinal mərhələsinə start verilir.

İdman.Biz xəbər verir ki, bu mərhələnin ilk oyun günündə Fransa yığması İspaniya millisi ilə üz-üzə gələcək.

Qeyd edək ki, dörddəbir final mərhələsində Fransa Mərakeşi (2:0), İspaniya isə Belçikanı (2:1) məğlub edərək yarımfinala yüksəliblər.

DÇ-2026-nın yarımfinal oyunları
14 iyul

23:00. Fransa - İspaniya.

İdman.Biz