“Eqnatiya” növbəti mərhələyə keçdi, Zamiq Əliyev sarı vərəqə aldı

14 Avqust 2026 01:01
183
“Eqnatiya” növbəti mərhələyə keçdi, Zamiq Əliyev sarı vərəqə aldı

Albaniyanın “Eqnatiya” klubu UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlib.

İdman.Biz bildirir ki, komanda Avropa Liqasının üçüncü təsnifat mərhələsində İrlandiyanın “Şemrok Rovers” klubunu mübarizədən kənarlaşdırıb.

Komandaların Albaniyada keçirilən cavab görüşü 5:1 hesabı ilə “Eqnatiya”nın xeyrinə qurtarıb.

Qolları “Eqnatiya”dan Daniela Acessa (4, 38), Alessandro Albaneze (11, 58), İldi Qruda (20), “Şemrok Rovers”dən isə Qrem Burk (74) vurublar.

“Eqnatiya”da çıxış edən həmyerlimiz Zamiq Əliyev 46-cı dəqiqədə əvəetmədən meydana çıxıb və 71-ci dəqiqədə sarı vərəqə alıb.

Komandaların ilk oyunu 3:1 hesabı ilə “Şemrok Rovers”in xeyrinə qurtarmışdı.

İdman.Biz