İnfantino Argentina millisini təriflədi: “Möhtəşəm çıxış etdiniz”

26 İyul 2026 15:48
117
İnfantino Argentina millisini təriflədi: “Möhtəşəm çıxış etdiniz”

Argentina futbol millisi 2026 Dünya Çempionatında gümüş medal qazanıb.

İdman.Biz xəbər verir ki, komanda finalda İspaniyaya 0:1 hesabı ilə uduzaraq tarixində dördüncü dəfə dünya çempionu olmaq imkanını əldən verib.

Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia göndərdiyi məktubda komandanın turnirdəki çıxışını yüksək qiymətləndirib.

“Argentina futbolunun bu yeni və böyük uğuru münasibətilə ən səmimi təbriklərimi bir daha çatdırmaq istəyirəm. 2026 Dünya Çempionatı möhtəşəm oyunlar, yeni istedadların üzə çıxması, futbolun böyük ulduzlarının iştirakı və azarkeşlərlə dolu stadionlardakı inanılmaz atmosferlə yadda qalan unudulmaz futbol bayramı oldu.

Argentina millisinin möhtəşəm çıxışı da bütün dünyada milyonlarla futbolsevəri valeh edən bu turnirin xüsusi olmasında mühüm rol oynadı. Xahiş edirəm, bu gözəl nəticənin əldə olunmasına töhfə verən hər kəsə - futbolçulara, Lionel Skaloniyə, məşqçilər və tibbi heyətə, həmçinin turnir boyunca komandanı dəstəkləyən çoxsaylı azarkeşlərə səmimi təbriklərimi çatdırın.

Belə uğurlar daim zəhmətin, peşəkarlığın və detallara diqqətin nəticəsidir. Bununla yanaşı, onlar bu möhtəşəm idman növünə olan ehtirasın, bağlılığın və sevginin də bəhrəsidir. Bütün bunlar Argentina futbolunun gələcəyinin çox ümidverici olduğunu göstərir və şübhəsiz, yeni böyük uğurlara yol açacaq”, - deyə İnfantino bildirib.

Qeyd edək ki, İspaniya finalda Ferran Torresin əlavə vaxtda vurduğu qolla Argentinaya 1:0 hesabı ilə qalib gəlib.

İdman.Biz