Ronaldonun həyat yoldaşından DÇ-2026 ilə bağlı özəl paylaşım - VİDEO

26 İyul 2026 13:56
89
Ronaldonun həyat yoldaşından DÇ-2026 ilə bağlı özəl paylaşım - VİDEO

Braziliya millisinin sabiq futbolçusu Ronaldo Nazarionun həyat yoldaşı Selina Loks 2026-cı il Dünya Çempionatı günlərini əks etdirən görüntüləri izləyiciləri ilə bölüşüb.

İdman.Biz xəbər verir ki, Selina Loks telefonunun qalereyasına baxarkən ABŞ-də keçirilən turnir zamanı çəkilmiş videolardan birini tapıb.

O, həmin görüntüləri sosial şəbəkə hesabında paylaşaraq bu anı izləyiciləri ilə bölüşmək istədiyini bildirib.

“Momo sevənlər! Telefonun qalereyasına baxarkən Dünya Çempionatı zamanı ABŞ-də keçirdiyimiz günlərdən bu gözəl videonu tapdım. Düşündüm ki, bu anı sizinlə bölüşməyə dəyər”, - deyə Selina Loks qeyd edib.

İdman.Biz