Argentinanın səbir kasası daşdı: yerli asossiyasiya genişmiqyaslı məhkəmə iddiası qaldıracaq

23 İyul 2026 13:38
105
Argentinanın səbir kasası daşdı: yerli asossiyasiya genişmiqyaslı məhkəmə iddiası qaldıracaq

Argentina Futbol Assosiasiyası (AFA) 2026-cı il dünya çempionatı zamanı milli komandanın futbolçularına qarşı aparılan dezinformasiya kampaniyasına rəhbərlik edən şəxslərə qarşı genişmiqyaslı məhkəmə iddiası qaldırmağa hazırlaşır.

İdman.Biz xəbər verir ki, bu barədə nüfuzlu “Footmercato nəşri La Nacióna” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, böhtanla bağlı mümkün iddia yalan tənqidi ittihamlar, saxtalaşdırılmış və ya təsdiqlənməmiş görüntülər, eləcə də əsassız ittihamlar üzərində qurulacaq.

Bildirilir ki, AFA qəti addımlar ataraq təkcə iri KİV-ləri və sosial şəbəkələrdəki nüfuzlu hesabları deyil, həm də auditoriyasının böyüklüyündən asılı olmayaraq, bu kampaniyanın yayılmasına hər hansı formada töhfə verən bütün şəxsləri hədəfə alacaq.

Xatırladaq ki, Argentina millisi 2026-cı il dünya çempionatında finala qədər irəliləmiş, həlledici görüşdə İspaniyaya 0:1 hesabı ilə məğlub olmuşdu.

İdman.Biz