Devid Bekhemin DÇ-2026-da qazanacağı məbləğ açıqlanıb

22 İyul 2026 23:36
77
Devid Bekhemin DÇ-2026-da qazanacağı məbləğ açıqlanıb

İngiltərə millisinin keçmiş futbolçusu və "İnter Mayami"nin həmsahibi Devid Bekhem 2026-cı il dünya çmpionatı zamanı reklam kampaniyalarında iştirak edərək təxminən 25 milyon dollar qazanıb.

İdman.Biz bu barədə “Marca”ya istinadən məlumat verir.

İngiltərə millisinin eks-kapitanı ən azı 11 brendin reklam kampaniyalarında iştirak edib. Bekhem qazancı 20 milyon dollar olduğu təxmin edilən müğənni Şakiradan daha çox qazanıb.

Dünya çempionatında qırx səkkiz milli komanda iştirak edib. Turnir 11 iyun - 19 iyul tarixləri arasında üç ölkədə - ABŞ, Kanada və Meksikada keçirilib. İspaniya finalda əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

İdman.Biz