Azərbaycan millisi Avropa çempionatını qələbə ilə tamamladı - YENİLƏNİB

20 İyul 2026 00:33
355
Azərbaycan millisi Avropa çempionatını qələbə ilə tamamladı - YENİLƏNİB

Basketbol üzrə Azərbaycanın U-20 oğlanlardan ibarət milli komandası FIBA Avropa çempionatının B divizionunda son oyununu keçirib.

İdman.Biz xəbər verir ki, yığmamız Niderland millisini 66:60 hesabı ilə məğlub edib. Bu, komandamızın turnirdə qazandığı üçüncü qələbə olub.

Azərbaycan millisi Avropa çempionatını 11-ci pillədə başa vurub.

Komandamız qarşılaşmada 66 xal toplayıb, 40 ribaund, 15 məhsuldar ötürmə, altı topalma və yeddi blokla yadda qalıb.

Görüşün ən məhsuldar basketbolçusu Emmanuel Aqbason olub. O, 19 xal, 10 ribaund, iki topalma və beş blokla 28 effektivlik xalı toplayıb.

Derin Berköz 13 xal, beş ribaund, beş məhsuldar ötürmə və bir topalma ilə çıxış edib. İsmayıl Abdullayev 10 xal, beş ribaund, bir məhsuldar ötürmə və bir topalma ilə yadda qalıb.

Hüseyn Məmmədov isə komandasına yeddi xal, dörd ribaund, üç məhsuldar ötürmə və iki topalma ilə kömək edib.

13:23

Azərbaycanın 20 yaşadək oğlanlardan ibarət basketbol millisi FIBA U20 Avropa Çempionatının B divizionunda son oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, komandamız 11-12-ci yerlər uğrunda Niderland yığması ilə üz-üzə gələcək.

Qarşılaşma 19 iyulda Slovakiyanın paytaxtı Bratislavada yerləşən EUBA İdman Zalında keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Azərbaycan millisi 9-12-ci yerlər uğrunda əvvəlki qarşılaşmada Bosniya və Herseqovinaya 53:60 hesabı ilə məğlub olub. Niderland isə Şimali Makedoniyaya 60:89 hesabı ilə uduzub. Bu nəticələrdən sonra komandalar 11-ci yer uğrunda görüşdə rəqib olublar.

Qeyd edək ki, Bratislavada təşkil olunan turnir 19 iyulda başa çatacaq.

İdman.Biz