Qadınlardan ibarət “Neftçi SOCAR” 3x3 basketbol komandası Dünya Qadın Seriyasının Bakı mərhələsində mübarizəni dayandırıb.
İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi 1/4 finalda Sloveniya yığması ilə qarşılaşıb. Görüş rəqibin 13:10 hesablı qələbəsi ilə yekunlaşıb.
“Neftçi SOCAR” qrup mərhələsində bundan əvvəl iki oyun keçirib. Komanda Çexiyanın “Prague” klubuna 18:14 hesabı ilə qalib gəlib, Litva millisinə isə 16:21 hesabı ilə məğlub olub. Bu nəticələrdən sonra Bakı təmsilçisi 1/4 finala vəsiqə qazanıb.
Sloveniya ilə qarşılaşmadakı məğlubiyyətdən sonra “Neftçi SOCAR” Bakı mərhələsində çıxışını başa vurub.
12:13
Azərbaycanın 3x3 basketbol üzrə “Neftçi SOCAR” qadın komandası FIBA Dünya Qadın Seriyasının Bakı mərhələsində 1/4 final oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, komanda yarımfinala vəsiqə uğrunda Sloveniya millisi ilə qarşılaşacaq.
Fəvvarələr Meydanında keçiriləcək görüş saat 17:30-da başlayacaq. Azarkeşlər üçün giriş sərbəstdir.
“Neftçi SOCAR” əsas mərhələnin A qrupunda əvvəlcə Çexiyanın “Praqa” komandasını 18:14 hesabı ilə məğlub edib. Təmsilçimiz növbəti görüşdə Litva millisinə 16:21 hesabı ilə uduzsa da, 1/4 finala vəsiqə qazanıb.
Komanda qrupdakı iki qarşılaşmada ümumilikdə 34 xal toplayıb. “Neftçi SOCAR” Bakı mərhələsinə turnirin bir nömrəli səbətində başlayıb.
