U-20 basketbol millimiz 9-16-cı yerlər uğrunda oyunlarda ilk qələbəsini qazanıb - YENİLƏNİB

17 İyul 2026 22:52
995
U-20 basketbol millimiz 9-16-cı yerlər uğrunda oyunlarda ilk qələbəsini qazanıb

17 iyul oğlanlardan ibarət U-20 millimiz Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən Avropa çempionatı B divizionunda 9-16-cı yerlər uğrunda oyunlarda ilk görüşünü keçirib.

Millimiz İsveçrə seçməsi ilə oyunda hesabda geri olsa da, geridönüş edərək yekunda 72:66 hesablı qələbə qazanıb. Görüşün ən məhsuldar oyunçusu 25 xal, 6 asist, 5 ribaund ilə millimizin üzvü Derin Berkoz seçilib.

Qeyd edək ki, yığmamızın növbəti oyunu 18 iyulda baş tutacaq. Rəqibimiz Danimarka - Bosniya və Herseqovina cütünün qalibi olacaq.

11:10

Bu gün Azərbaycanın 20 yaşadək oğlanlardan ibarət basketbol millisi Slovakiyanın Bratislava şəhərində keçirilən FIBA U-20 Avropa çempionatının B divizionunda növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, yığmamız 9-16-cı yerlər uğrunda İsveçrə millisi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi turnirdə ilk oyunda İsveçə 58:85 hesabı ilə uduzub. Komandamız ikinci turda Slovakiyanı 72:66 hesabı ilə məğlub etsə də, üçüncü görüşdə İrlandiyaya 47:54 hesabı ilə uduzub. Son olaraq isə Şimali Makedoniyaya 57:67 hesabı ilə məğlub olaraq 9-16-cı yerlər uğrunda təsnifat mərhələsinə düşüb.

İdman.Biz