“Sabah” legioner basketbolçu ilə vidalaşıb

16 İyul 2026 14:24
92
“Sabah” legioner basketbolçu ilə vidalaşıb

“Sabah” basketbol komandasında ayrılıq yaşanıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Sabah” Basketbol Klubu məlumat yayıb.

Bildirilib ki, Bakı təmsilçisi Hassani Qravett ilə vidalaşıb. Onunla başa çatan müqavilənin müddəti uzadılmayıb.

Qravett “Sabah”da keçirdiyi müddət ərzində iki dəfə müntəzəm çempionatın, bir dəfə isə final seriyasının ən dəyərli oyunçusu seçilib.

İdman.Biz