DÇ-2026: Argentina geridönüşlə qələbə qazanaraq adını finala yazdırır - YENİLƏNİB + VİDEO

16 İyul 2026 01:02
1 162
DÇ-2026: Argentina geridönüşlə qələbə qazanaraq adını finala yazdırır

Argentina İngiltərəyə 2:1 hesabı ilə qalib gələrək DÇ-2026-nın finalına çıxıb.

İdman.Biz bildirir ki, finalda argentinalılar İspaniya ilə oynayacaqlar. Son dünya çempionu olan Argentina ardıcıl ikinci dəfə mundialın finalına yüksəlib.

İngiltərə üçüncü yer uğrunda matçda Fransa ilə qarşılaşacaq.

00:54

İngiltərə - Argentina matçında hesab dəyişib.

İdman.Biz bildirir ki, 90+3-cü dəqiqədə argentinalı Lautaro Martines fərqlənib - 1:2.

00:47

İngiltərə - Argentina matçında hesab bərabərləşib.

İdman.Biz bildirir ki, 85-ci dəqiqədə Enso Fernandes bərabərlik qolunu vurub - 1:1.

00:17

İngiltərə - Argentina matçında hesab açılıb.

İdman.Biz bildirir ki, 55-ci dəqiqədə Entoni Qordon ingilisləri irəli çıxarıb.

00:06

DÇ-2026-da İngiltərə və Argentina arasında yarımfinal matçında ikinci hissə başlayıb.

İdman.Biz bildirir ki, komandalar ilk yarıda qol vura bilməyiblər.

23:49

DÇ-2026-da İngiltərə və Argentina arasında yarımfinal matçında birinci hissə bitib.

İdman.Biz bildirir ki, komandalar ilk yarıda qol vura bilməyiblər.

23:00

Futbol üzrə DÇ-2026-da ikinci finalçı müəyyənləşir.

İdman.Biz xəbər verir ki, yarımfinal mərhələsinin ikinci oyununda İngiltərə və Argentina milli komandaları üz-üzə gəlir.

09:19

Futbol üzrə DÇ-2026-da ikinci finalçı bu gün müəyyənləşəcək.

İdman.Biz xəbər verir ki, yarımfinal mərhələsinin ikinci oyununda İngiltərə və Argentina milli komandaları üz-üzə gələcək.

Qarşılaşma ABŞ-nin Atlanta şəhərindəki “Atlanta Stadium”da keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu görüşün qalibi iyulun 19-da keçiriləcək finalda İspaniya ilə qarşılaşacaq. İspaniya yarımfinal oyununda Fransanı 2:0 hesabı ilə məğlub edib.

İdman.Biz