TNS - "Sabah" görüşü başa çatıb.
İdman.Biz bildirir ki, matç Azərbaycan klubunun 2:1 hesablı qələbəsi ilə bitib. Beləliklə, iki oyunun nəticəsinə görə 4:1 hesabı ilə qalib gələn "Sabah" UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə adlayıb. Həmin mərhələdə "Sabah"ın rəqibi Finlandiyanın KuPS kollektivi olacaq.
Qeyd edək ki, "Sabah" ilk dəfə UEFA Çempionlar Liqasında çıxış edir.
23:15
TNS - "Sabah" görüşündə hesab dəyişib.
İdman.Biz bildirir ki, 89-cu dəqiqədə Coşua Lok hesab arasındakı fərqi azaldıb - 1:2.
22:32
TNS - "Sabah" görüşündə ikinci yarı başlayıb.
İdman.Biz bildirir ki, birinci hissədən sonra "Sabah" irəlidədir - 2:0.
22:17
TNS - "Sabah" görüşündə ilk yarı bitib.
İdman.Biz bildirir ki, birinci hissədən sonra "Sabah" irəlidədir - 2:0.
22:13
TNS - "Sabah" görüşündə hesab dəyişib.
İdman.Biz bildirir ki, 42-ci dəqiqədə Rəhman Daşdəmirov ikinci qolu vurub - 0:2.
21:59
TNS - "Sabah" görüşündə hesab açılıb.
İdman.Biz bildirir ki, 28-ci dəqiqədə Coy Lens Mikels bakılıları irəli çıxarıb.
21:30
UEFA Çempionlar Liqası I təsnifat mərhələsinin cavab görüşü çərçivəsində TNS - "Sabah" görüşü başlayıb.
İdman.Biz bildirir ki, görüş “Park Hall” stadionunda keçirilir.
20:34
“Sabah” UEFA Çempionlar Liqası I təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Uelsdə TNS-nin qonağı olacaq.
İdman.Biz xəbər verir ki, komandalar saat 21:30-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
TNS: 1. Natan Şepperd, 14. Daniel Villiams, 16. Dinel Simo, 6. Cek Bodenham, 10. Daniel Redmond (k), 21. Leo Smit, 4. Dominik Korness, 15. Eoin Farrell, 8. Rayan Brobbel, 20. Ris Hyuz, 17. Cordan Villiams
Ehtiyat oyunçular: 44. Corc Jenniks, 7. Daniel Barton, 12. Harvi Dodsmark-Ford, 19. Ben Klark, 22. Daniel Devis, 23. Zah Nolan, 24. Cek Nadin, 26. Luis Filips, 27. Cek Kanavan, 31. Ben Voollam, 34. Coşua Lok, 37, İsak Ceffris
Baş məşqçi: Kreyq Harrison
"Sabah": 92. Stas Pakatilov (k), 27. Timateuş Puxaç, 5. Rəhman Daşdəmirov, 33. Erivaldo Almeyda, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 19. Aron Maluda, 21. Velka Simiç, 20. Coy Lens Mikels
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 4. Aden Makarti, 6. Abdulah Xaybulayev, 11. Kahim Parris, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 23. Yunes Laşab, 34. Xander Severina, 88. Rodriqo Fernandeş, 89. Cəfər Muxtarov, 99. Orfe Mbina
Baş məşqçi: Valdas Dambrauskas
09:23
Bu gün “Sabah” futbol klubu UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv birinci təsnifat mərhələsinin cavab matçında Uelsin TNS komandasının qonağı olacaq.
Görüş “Park Holl” stadionunda, Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Matçın baş hakimi ispaniyalı Mateo Buskets Ferrer olacaq.
Bu cütün qalibi növbəti mərhələdə “Vardar” (Şimali Makedoniya) – “Kups” (Finlandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.
Qeyd edək ki, tərəflər arasında Bakıda keçirilən ilk görüşdə “Sabah” 2:0 hesablı qələbə qazanıb.
