“Vestri” “Qarabağ”la oyundan öncə darmadağın oldu

14 İyul 2026 09:59
88
“Vestri” “Qarabağ”la oyundan öncə darmadağın oldu

“Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi “Vestri” İslandiya Birinci Liqasında (statusuna görə İkinci Liqa) növbəti oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, iyulun 13-də komanda 14-cü turun matçında öz meydanında “Fylkir”lə qarşılaşıb. Görüş qonaqların 5:2 hesablı qələbəsi ilə başa çatıb.

“Vestri”nin qollarını 49-cu dəqiqədə Tordur Haftorsson və 85-ci dəqiqədə penaltidən Qunnar Hauksson vurublar.

Bu məğlubiyyətdən sonra “Vestri” 14 oyundan sonra 21 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Reykyavikdə keçiriləcək “Vestri” - “Qarabağ” oyunu yerli vaxtla iyulun 16-ı saat 20:00-da, Bakı vaxtı ilə iyulun 17-si saat 00:00-da başlayacaq.

Xatırladaq ki, ilk matçda “Qarabağ” 3:0 hesabı ilə qələbə qazanıb.

İdman.Biz