Qrinvud “Fənərbağça”da - transferin detalları açıqlandı

14 İyul 2026 09:38
92
Qrinvud “Fənərbağça”da - transferin detalları açıqlandı

İngiltərəli hücumçu Meyson Qrinvud karyerasını Türkiyədə davam etdirəcək.

İdman.Biz xəbər verir ki, insayder Fabritsio Romanonun yaydığı məlumata görə, Türkiyənin “Fənərbağça” futbol klubu 23 yaşlı futbolçunun transferi ilə bağlı Fransanın “Marsel” klubu ilə tam razılığa gəlib.

İstanbul təmsilçisi bu keçid üçün 40 milyon avro ödəyəcək. Müqavilədə əlavə olaraq 2 milyon avro bonus nəzərdə tutulub. “Marsel” təklifi qəbul edib və Qrinvuda tibbi müayinədən keçmək, eləcə də müqaviləni imzalamaq üçün icazə verib.

Tərəflər arasında razılaşmaya əsasən, futbolçu ilə 2030-cu ilin iyun ayınadək qüvvədə olacaq müqavilə imzalanacaq. Qrinvud yeni klubunda hər mövsüm 10 milyon avro xalis əməkhaqqı qazanacaq.

İdman.Biz