Bu gün Sloveniyada təlim-məşq toplanışında olan Azərbaycanın “Neftçi” futbol klubu sözügedən ölkədə sonuncu yoxlama matçını keçirəcək.
İdman.Biz xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv Xorvatiyanın “Osiyek” komandası ilə münasibətlərə aydınlıq gətirəcək.
Oyun Bakı vaxtı ilə saat 19:30-da Lendava stadionunda start götürəcək.
Qeyd edək ki, “ağ-qaralar” daha əvvəl Serbiya təmsilçisi “Partizan”a 0:1, Rumıniyanın “ÇFR Kluj” komandasına 1:2 hesabı ilə uduzub. Bakı təmsilçisi Serbiyanın “Radniçi NİŞ” kollektivini 3 cavabsız qolla üstələyib.
