Türkiyənin “Bursaspor” futbol klubunun müdafiəçisi Toral Bayramov “BursasporluyuzTV”yə maraqlı müsahibə verib.
İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin üzvündən Türkiyə türkcəsində işlədilən bir sıra futbol terminlərinin Azərbaycan dilində necə səsləndiyi soruşulub. Bayramov aparıcının sadaladığı terminlərin dilimizdəki qarşılığını deyib.
Xatırladaq ki, Toral Bayramov bu yay “Qarabağ”dan ayrılaraq “Bursaspor”a keçib. Azərbaycan millisinin üzvü Türkiyə təmsilçisi ilə üçillik müqavilə imzalayıb.
25 yaşlı futbolçu “Qarabağ”ın əsas komandasında 2020-ci ildən çıxış edib. O, Ağdam təmsilçisinin heyətində beş dəfə Azərbaycan çempionu olub və iki dəfə ölkə kubokunu qazanıb.
