“Qarabağ” – “Vestri” matçı başa çatıb.
İdman.Biz bildirir ki, Ağdam təmsilçisi Bakıda 3:0 hesabı ilə qalib gəlib. Cavab görüşü bir həftədən sonra İslandiyada olacaq.
21:45
“Qarabağ” – “Vestri” matçında hesab dəyişib.
İdman.Biz bildirir ki, 86-cı dəqiqədə Renaldo Sefas ağdamlıların üçüncü qolunu vurub.
21:04
“Qarabağ” – “Vestri” matçında ikinci yarı başlayıb.
İdman.Biz bildirir ki, birinci yarıdan sonra Ağdam klubu irəlidədir - 2:0
20:49
“Qarabağ” – “Vestri” matçında ilk yarı bitib.
İdman.Biz bildirir ki, birinci hissədən sonra Ağdam klubu irəlidədir - 2:0
20:48
“Qarabağ” – “Vestri” matçında hesab dəyişib.
İdman.Biz bildirir ki, Abdullah Zubir ikinci topu 45+2-də qonaqların qapısından keçirib.
20:30
“Qarabağ” – “Vestri” matçında hesab açılıb.
İdman.Biz bildirir ki, 30-cu dəqiqədə Ağdam klubunun yeni transferi Zakaria Savo hesabı açıb.
20:00
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ” – “Vestri” matçı start götürüb.
İdman.Biz xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
19:11
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ” – “Vestri” matçının start heyətləri açıqlanıb.
İdman.Biz xəbər verir ki, saat 20:00-da başlayacaq görüşə komandalar aşağıdakı tərkibdə çıxacaqlar:
“Qarabağ”: 99 Mateuş Koxalski, 2 Mateus Silva, 55 Bədavi Hüseynov (k), 4 Bense Varkonyi, 5 Bruno Lanqa, 35 Pedro Bikalyo, 8 Marko Yankoviç, 20 Kadi Borges, 21 Aleksey Kaşuk, 10 Abdullah Zubir, 11 Zakaria Savo.
Ehtiyat oyunçular: 1 Şahruddin Məhəmmədəliyev, 23 Martin Zlomişliç, 13 Bəhlul Mustafazadə, 18 Dani Bolt, 24 Jeremi Qnali, 25 Cebrail Makreckis, 44 Elvin Cəfərquliyev, 30 Abbas Hüseynov, 7 Jali Muaddib, 9 Joni Montiel, 28 Samuel Lobato, 29 Renaldo Sefas, 32 Hikmət Cəbrayılzadə, 22 Musa Qurbanlı.
“Vestri”: 1 Steinarsson, 15 Svavarsson, 3 Edson Eduardo Dias Qom, 12 Fete, 22 Qardarsson (k), 10 Haftorsson, 17 Hauksson, 29 Çeşmedciyev, 77 Fall, 6 Balde, 23 Hermannsson.
Ehtiyat oyunçular: 13 Olafsson, 4 Torsteinsson, 5 Siqurdsson, 8 Qunnarsson, 9 Qudmundsson, 11 Finboqason, 14 Maqnusson, 16 Vilhyalmsson, 18 Helqason, 20 Yonsson, 21 Arason.
09:23
Bu gün “Qarabağ” futbol komandası UEFA Avropa Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda İslandiyanın “Vestri” komandasını qəbul edəcək.
Görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.
Matçın baş hakimi moldovalı FIFA referisi Roman Jitari olacaq.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü iyulun 16-da baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) - RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.
