“Neftçi” yoxlama matçında “Partizan”a məğlub oldu - YENİLƏNİB

6 İyul 2026 21:59
1 007
“Neftçi” yoxlama matçında “Partizan”a məğlub oldu

"Neftçi" futbol klubu Sloveniyada təlim-məşq toplanışında ikinci yoldaşlıq oyununu keçirib.

İdman.Biz-in məlumatına görə, Yuri Vernidubun komandası Serbiyanın "Partizan" komandası ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.

Oyunun yeganə qolu fasilədən sonra vurulub. Bakı klubu oyunu on nəfərlə başa vurub. Hücumçu Bassala Sambu serbiyalı oyunçu ilə dava etdikdən sonra birbaşa qırmızı vərəqə alıb.

10:45

Bu gün Sloveniyada təlim-məşq toplanışını davam etdirən Azərbaycanın “Neftçi” futbol klubu ikinci yoxlama görüşünü keçirəcək.

İdman.Biz xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi komanda Serbiyanın “Partizan” klubu ilə münasibətlərə aydınlıq gətirəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, “ağ-qaralar” hazırlıq prosesi çərçivəsində iyulun 10-da Serbiyanın “Radniçki Niş”, iyulun 13-də isə Xorvatiyanın “Osiyek” komandaları ilə də yoxlama oyunları keçirəcək.

İdman.Biz
Məqalədə: