Argentina Misirlə oyunda qalib gəlib.
İdman.Biz bildirir ki, matç 3:2 hesabı ilə qurtarıb. Beləliklə, Argentina 0:2 hesabı ilə uduzduğu oyunda geridönüş edərək 1/4 finala adlaylıb. Orada onları Kolumbiya - İsveçrə matçının qalibi ilə oyun gözləyir.
21:56
Argentina Misirlə oyunda irəli çıxıb.
90+3-də Enso Fernandes fərqlənib - 3:2
21:49
Argentina - Misir matçında hesab bərabərləşib.
İdman.Biz bildirir ki, 84-c2 dəqiqədə Lionel Messi fərqlənib - 2:2. Bu, Messinin mundialda səkkizinci qoludur. Lionel dünya çempionatlarının bombardiri yarışmasında da göstəricisini yaxşılaşdırıb - 21 qol. O, bu siyahıda liderdir.
21:45
Argentina - Misir matçında növbəti qol vurulub.
İdman.Biz bildirir ki, 79-cu dəqiqədə Kristian Romero fərqlənib - 1:2.
21:33
Argentina - Misir matçında ikinci qol vurulub.
İdman.Biz bildirir ki, 67-ci dəqiqədə Mustafa Ziko fərqlənib - 0:2.
21:05
Argentina - Misir matçında ikinci hissə başlayıb.
İdman.Biz bildirir ki, birinci yarıdan sonra hesab 1:0 Misirin xeyrinədir.
20:53
Argentina - Misir matçında ilk hissə bitib.
İdman.Biz bildirir ki, birinci yarıdan sonra hesab 1:0 Misirin xeyrinədir.
20:22
Lionel Messi Argentina - Misir matçında penaltini vura bilməyib.
İdman.Biz bildirir ki, 21-ci dəqiqədə onun vurduğu zərbəni Misirin qapıçısı qaytarıb. Qeyd edək ki, Messi qrup mərhələsinin oyununda Avstriya ilə matçda da penaltini vura bilməmişdi.
20:16
Argentina - Misir matçında hesab açılıb.
İdman.Biz bildirir ki, 15-ci dəqiqədə Yasser İbrahim misirliləri irəli çıxarıb.
20:01
Futbol üzrə dünya çempionatında 1/8 final mərhələsi sona çatmaq üzrədir.
İdman.Biz bildirir ki, sayca yeddinci 1/8 final matçında Argentina və Misir milliləri üz-üzə gəlirlər.
Oyun ABŞ-ın Atlanta şəhərindəki “Mercedes Benz Stadium”da keçirilir.
Matçın baş hakimi fransalı Fransua Leteskyedir.
Argentina hazırkı dünya çempionudur. Komanda DÇ-2026-nın 1/16 final mərhələsində Kabo-Verdeni əlavə vaxtda 3:2 hesabı ilə üstələyib. Misir isə 1/16 final mərhələsində penaltilərlə Avstraliyanı 4:2 məğlub edib. Həmin oyunun əsas vaxtı 1:1 hesabı ilə qurtarmışdı.
