U-20 basketbol millimizdən tarixi qələbə: Albaniya darmadağın edildi - YENİLƏNİB

5 İyul 2026 23:37
1 000
U-20 basketbol millimizdən tarixi qələbə: Albaniya darmadağın edildi - YENİLƏNİB

Azərbaycanın qızlardan ibarət U-20 basketbol millisi debüt etdiyi Avropa çempionatının B divizionunda ilk qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, yığmamız qrup mərhələsində Albaniya seçməsi ilə qarşılaşıb. Görüş basketbolçularımızın 88:60 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Bu, Azərbaycanın U-20 qızlar millisinin Avropa çempionatının B divizionunda ilk qələbəsi kimi tarixə düşüb.

Millimiz qrupda son oyununu 6 iyulda keçirəcək. Komandamız Bakı vaxtı ilə saat 18:45-də Yunanıstan seçməsi ilə üz-üzə gələcək.

11:17

20 yaşadək qızlardan ibarət Azərbaycan basketbol millisi bu gün FIBA U-20 Qadınlar arasında Avropa çempionatının B divizionunda növbəti matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, yığmamız Bolqarıstanın Samokov şəhərində Albaniya seçməsi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 21:15-də start götürəcək.

Qeyd edək ki, yığmamız tarixində ilk dəfə bu yaş qrupu üzrə qitə birinciliyində mübarizə aparacaq.

İyulun 12-dək keçiriləcək çempionatda Azərbaycan basketbolçuları Avropanın müxtəlif ölkələrindən olan rəqiblərlə qarşılaşacaq.

İdman.Biz