Misirdən tarixi nəticə: Komanda 92 ildən sonra adını bir daha 1/8 finala yazdırıb - YENİLƏNİB + VİDEO

4 İyul 2026 00:51
1 036
Misirdən tarixi nəticə: Komanda 92 ildən sonra adını bir daha 1/8 finala yazdırıb

Misir - Avstraliya matçı başa çatıb.

İdman.Biz bildirir ki, penaltilərlə Misir 4:2 hesabı ilə millisi qalib gəlib. Beləliklə, Misir 1/8 finala yüksəlib. Orada onların rəqibi Argentina - Kabo-Verde matçının qalibi olacaq. Misir daha öncə yalnız bir dəfə, 1934-cü ildə dünya çempionatının 1/8 final mərhələsində oynayıb.

00:38

Misir - Avstraliya matçında əlavə vaxt bitib.

İdman.Biz bildirir ki, hesab 1:1-dir. Matçın qalibi penaltilərlə müəyyən olunacaq.

00:05

Misir - Avstraliya matçında əlavə vaxt başlayıb.

İdman.Biz bildirir ki, hesab 1:1-dir.

23:59

Misir - Avstraliya matçında əsas vaxt bitib.

İdman.Biz bildirir ki, hesab 1:1-dir.

23:17

Misir - Avstraliya matçında hesab bərabərləşib.

İdman.Biz bildirir ki, 55-ci dəqiqədə Məhəmməd Hani öz qapısına qol vurub - 1:1.

23:07

Misir - Avstraliya matçında ikinci yarı başlayıb.

İdman.Biz bildirir ki, ilk hissədən sonra Misir 1:0 hesabı ilə irəlidədir.

22:50

Misir - Avstraliya matçında ilk yarı bitib.

İdman.Biz bildirir ki, hesab 1:0 Misirin xeyrinədir.

22:15

Misir - Avstraliya matçında hesab açılıb.

İdman.Biz bildirir ki, 13-cü dəqiqədə Emam Aşur misirliləri irəli çıxarıb.

22:00

Futbol üzrə dünya çempionatında 1/16 finalın növbəti oyunu keçirilir.

İdman.Biz bildirir ki, Avstraliya və Misir üz-üzə gəlirlər.

Matç ABŞ-ın Arlinqton şəhərindəki AT&T stadionunda keçirilir.

Baş hakim uruqvaylı Qustavo Texeradır.

Avstraliya D qrupunda 4 xalla ikinci olub. Misir isə G qrupunda 5 xalla ikinci yeri tutub.

İdman.Biz