“Barselona” və İspaniya millisinin hücumçusu Lamin Yamal ailəsi haqqında danışıb.
İdman.Biz bildirir ki, hazırda Yamal DÇ-2026-da milli komanda ilə birlikdə Portuqaliyaya qarşı 1/8 final matçına hazırlaşır.
“Qardaşımı xoşbəxt görəndə özümü çox yaxşı hiss edirəm. Anam da xoşbəxtdir; o, həmişə istədiyi həyatı yaşayır. Mən onu sevirəm. Qardaşımı çox istəyirəm! O, mənim üçün oğul kimidir”, - deyə MD Yamalın sözlərini sitat gətirir.
Yamal dəfələrlə ailənin vacibliyini vurğulayıb. Kiçik qardaşı tez-tez futbolçunun sosial mediadakı şəkillərində görünür.
2025/2026 mövsümündə Yamal bütün yarışlarda 24 qol və 17 məhsuldar ötürmə ilə “Barselona”nın ən çox qol vuran oyunçusu olub. O, La Liqanın ən yaxşı oyunçusu seçilib və klubun İspaniya çempionatını qazanmasına kömək edib.
