Misir millisinin baş məşqçisi Hüssam Hassan DÇ-2026-nın 1/16 final mərhələsində Avstraliya ilə qarşılaşacaqları oyundan əvvəl danışıb.
İdman.Biz bildirir ki, oyun bu gün, 3 iyulda ABŞ-ın Arlinqton şəhərindəki AT&T stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
“Avstraliya çox yönlü komandadır. Onlar yalnız uzun ötürmələrlə oynamırlar; həm də çoxlu fərdi istedada malikdirlər. Misir kiçik futbol ölkəsi deyil. Biz Afrika Millətlər Kubokunu yeddi dəfə qazanmışıq və bu heyətdə çoxlu istedadlı oyunçularımız var. Balanslı oyun göstərməliyik. Standart vəziyyətlər və hava döyüşləri çox vacib olacaq. Hər komandanın öz güclü və zəif tərəfləri var. Avstraliyanın göstərəcəyi hər şeyə yaxşı hazırlaşmışıq”, - Hassan bildirib.
Avstraliya D qrupunda ikinci yeri tutub. Misir G qrupunda ikinci olub.
