Fransa futbol millisinin müdafiəçisi Jül Kunde İspaniya yığmasının vingeri Lamine Yamalın qalmaqallı fikirlərinə cavab verib.
İdman.Biz xəbər verir ki, “Barselona”da birlikdə çıxış etdikləri Yamal Fransanın DÇ-2026-nın ən yaxşı komandası və əsas favoriti olmadığını bildirib. O, həmçinin son qarşılaşmalardakı nəticələrə əsaslanaraq İspaniyanın Fransadan geri qalmadığını vurğulayıb.
Kunde isə komanda yoldaşının fikirlərinə sakit yanaşıb:
“Lamini çox yaxşı tanıyıram. Onun çox güclü futbolçu, iddialı biri olduğunu bilirəm. O, düşündüyü və gördüyü kimi danışır. Həqiqət budur ki, hansısa yarışda favorit olmaq çox şey demək deyil”.
Fransalı müdafiəçi İspaniya ilə son oyunlarda alınmayan nəticələrə də toxunub:
“Təəssüf ki, son oyunlarda İspaniyaya qarşı istədiyimiz nəticələri əldə etmədiyimiz doğrudur. Bunu bilirik, amma bu, məni obsesiyaya salmır və əziyyət vermir”.
Qeyd edək ki, Fransa və İspaniya növbəti iki oyununu qazanacağı halda DÇ-2026-nın yarımfinalında üz-üzə gələ bilər.
