Azərbaycan Premyer Liqası: “Sumqayıt” mövsümün ilk oyununda “Neftçi”yə uduzdu - YENİLƏNİB + VİDEO

16 Avqust 2026 20:56
798
Azərbaycan Premyer Liqası: “Sumqayıt” mövsümün ilk oyununda “Neftçi”yə uduzdu

Azərbaycan Premyer Liqasında ilk turun "Sumqayıt" - "Neftçi" oyunu başa çatıb.

İdman.Biz bildirir ki, Bakı klubu 3:1 hesabı ilə qalib gəlib.

20:32

"Sumqayıt" "Neftçi" ilə oyunda azlıqda qalıb.

İdman.Biz bildirir ki, 74-cü dəqiqədə komandanın kapitanı Səbuhi Abdullazadə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

20:25

"Sumqayıt" - "Neftçi" oyununda hesab yenə dəyişib.

İdman.Biz bildirir ki, 67-ci dəqiqədə Nadir Orucov hesab arasındakı fərqi azaldıb.

20:15

"Sumqayıt" - "Neftçi" oyununda hesab dəyişib.

İdman.Biz bildirir ki, 55-ci dəqiqədə Breno Almeyda oyunda ikinci qolunu vurub - 3:0. Bu, 2026/2027 mövsümünün ilk dubludur.

20:03

"Sumqayıt" - "Neftçi" oyununda ikinci hissə başlayıb.

İdman.Biz bildirir ki, ilk yarıdan sonra bakılılar irəlidədir - 2:0.

19:48

"Sumqayıt" - "Neftçi" oyununda birinci hissə bitib.

İdman.Biz bildirir ki, ilk yarıdan sonra bakılılar irəlidədir - 2:0.

19:34

"Sumqayıt" - "Neftçi" oyununda hesab dəyişib.

İdman.Biz bildirir ki, 31-ci dəqiqədə Lyubomir Tupta bakılıların ikinci qolunu vurub.

19:24

"Sumqayıt" - "Neftçi" oyununda hesab açılıb.

İdman.Biz bildirir ki, 22-ci dəqiqədə Breno Almeyda bakılıları irəli çıxarıb.

19:01

Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində dördüncü oyun keçirilir.

İdman.Biz-in xəbərinə görə, "Sumqayıt" "Neftçi"ni qəbul edir.

18:15

Bu gün Azərbaycan Premyer Liqasında 1-ci turun daha bir görüşü Sumqayıtda keçiriləcək.

İdman.Biz xəbər verir ki, "Sumqayıt" "Neftçi"ni qəbul edəcək.

Artıq hər iki komandanın start heyəti bəlli olub:

“Sumqayıt”: 22. Xəyal Fərzullayev 3. Höccət Haqverdi 8. Səbuhi Abdullazadə (k) 17. Nihad Əhmədzadə 75. Nadir Orucov 97. Vüsal Paşayev 9. Jeam Oliveyra 4. İsa Suliman 42. Sedrik Badolo 55. Lukas Blek 5. Renan Santana

Ehtiyat oyunçular: 12. Aftandil Arixov 34. Ülvi Abbaslı 20. Ayxan Süleymanlı 10. Ronaldo Vaskez 11. Aleksa Yankoviç 21. Tiaqo Almeyda

Baş məşqçi: Filipe Kandido

"Neftçi": 1. Emil Balayev, 8. Emin Mahmudov (k) 14. Elvin Bədəlov 7. Emil Səfərov 3. Rüfət Abbasov 77. Falaye Sako 6. Sessi Dalmeyda 5. İqor Ribeyro 29. Lyubomir Tupta 33. Breno Almeyda 10. Freddi Varqas

Ehtiyat oyunçular: 93. Rza Cəfərov 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 80. Aslan Şirinov 82. Məhəmməd Məmmədli 24. Mustafa Sek 55. Endryu Qravilyon 70. Andrey Ştoqrin 20. Qustavo Klisman 11. Alen Şkribek

Baş məşqçi: Yuri Vernidub

10:00

"Sumqayıt" və "Neftçi" bu gün futbol üzrə Misli Premyer Liqasının 2026/27 mövsümünün ilk turunda qarşılaşacaqlar.

İdman.Biz xəbər verir ki, görüş Sumqayıtda "SOCAR Polymer Arena"da keçiriləcək.

Matç saat 19:00-da başlayacaq.

Qarşılaşmanın baş hakimi Kamal Umudlu olacaq.

İdman.Biz