İspaniya La Liqasında yeni mövsüm başlayır – Oyunların ANONSU

15 Avqust 2026 09:58
149
İspaniya La Liqasında yeni mövsüm başlayır – Oyunların ANONSU

Bu gün İspaniya La Liqasında 2026/27 mövsümünə start verilib.

İdman.Biz xəbər verir ki, avqustun 15-də La Liqanın 1-ci turu çərçivəsində iki oyun keçiriləcək.

Günün ilk qarşılaşmasında “Alaves” doğma meydanda “Xetafe”ni qəbul edəcək.

Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Günün digər matçında isə “Sevilya” “Rayo Valyekano” ilə üz-üzə gələcək.

Bu qarşılaşmanın startı Bakı vaxtı ilə 23:30-a təsadüf edəcək.

İdman.Biz