Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün ilk matçı başa çatıb.
İdman.Biz bildirir ki, mövsümün ilk qarşılaşmasında “Turan Tovuz” doğma meydançada “Qəbələ”ni qəbul edib. Matç 1:0 hesabı ilə tovuzluların qələbəsi ilə başa çatıb. Oyunun yeganə qolunu 35-ci dəqiqədə Enrike Silva vurub. Bu, həm də mövsümün ilk qoludur.
Beləliklə, 2026/2027 mövsümündə ilk qələbəni Tovuz klubu qazanıb. Mövsümün ilk məğlubiyyəti isə "Qəbələ"dədir.
20:37
"Turan Tovuz" - "Qəbələ" matçında ikinci hissə başlayıb.
İdman.Biz bildirir ki, ilk yarıdan sonra Tovuz klubu irəlidədir - 1:0.
20:21
"Turan Tovuz" - "Qəbələ" matçında fasilədir.
İdman.Biz bildirir ki, ilk yarıdan sonra Tovuz klubu irəlidədir - 1:0.
20:07
"Turan Tovuz" - "Qəbələ" matçında hesab açılıb.
İdman.Biz bildirir ki, 35-ci dəqiqədə Enrike Silva tovuzluları irəli çıxarıb. Beləliklə, Silva mövsümün ilk qolunu vurub.
19:31
Azərbaycan Premyer Liqasının 2026/27 mövsümünə start verilib.
İdman.Biz bildirir ki, mövsümün ilk oyununda "Turan Tovuz" oğma meydanda "Qəbələ"ni qəbul edir.
18:33
"Turan Tovuz" Misli Premyer Liqasının 2026/27 mövsümünün ilk turu çərçivəsində doğma meydanda "Qəbələ"ni qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 19:30-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
“Turan Tovuz”: 35. Aleksey Kenyaykin 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado (k) 7. Xorxe Silva 19. Roberto Olabe 33. Filip Damyanoviç 8. David Tavareş 11. Dioqo Balau
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Rahil Məmmədov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 66. Raul Məmmədov 99. Sadiq Şəfiyev 21. Stiv Beusnar
Baş məşqçi: Kurban Berdiyev
“Qəbələ”: 1. Səlahət Ağayev (k) 27. Eşqin Əhmədov 24. İsmael Akinade 9. Karim Rossi 7. Bruno Silva 6. Xayme Syerra 12. Kouya Mabea 16. İsaak Amoah 5. Natan Monzanqo 80. Meşak Uboçioma 3. Edson Eduardo
Ehtiyat oyunçular: 32. Artur Motta 94. Həbib Hüşənov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 81. Samir Ağayev 2. Aqşin Yaqubov 21. Ziya Şəkərxanov
Baş məşqçi: Kaxaber Tsxadadze
10:04
Misli Premyer Liqasında 2026/2027 mövsümünə bu gün start veriləcək.
İdman.Biz xəbər verir ki, yeni mövsümün ilk qarşılaşması Tovuz şəhər stadionunda keçiriləcək. “Turan Tovuz” doğma meydanda “Qəbələ” ilə üz-üzə gələcək. Matç saat 19:30-da başlayacaq.
Qarşılaşmanın baş hakimi Tural Qurbanov olacaq. Ona Cəmil Quliyev və Asiman Əzizli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Emin Əliyev yerinə yetirəcək.
VAR hakimi Elçin Məsiyev, AVAR isə Gülnurə Əkbərzadə olacaq. Görüşün hakim-inspektoru Babək Quliyev, AFFA nümayəndəsi isə Elgiz Abbasov təyin edilib.
Misli Premyer Liqası, birinci tur
14 avqust
19:30. “Turan Tovuz” - “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
