“Zirə” futbol klubunun milli komandaların beynəlxalq oyunları ilə əlaqədar yaranmış fasilə zamanı planları müəyyənləşib.
Bu barədə “qartallar”ın sözçüsü Elmar Abdullazadə məlumat verib.
“Komanda üç günlük istirahətə buraxılmışdı. Məşqlər dünəndən başlayıb. Yoxlama matçı nəzərdə tutulmayıb”, - deyə o fanat.az-a açıqlamasında bildirib.
Fasilədən sonra “Zirə” Misli Premyer Liqasında ilk matçını noyabrın 20-də səfərdə “İmişli” ilə oynayacaq.
Qeyd edək ki, komanda turnir cədvəlində 19 xalla beşinci pillədə qərarlaşıb.
