“Qarabağ”ın sabiq futbolçusu Əlcəzair klubunun transfer hədəfində

12 Noyabr 2026 17:56
57
“Qarabağ”ın sabiq futbolçusu Əlcəzair klubunun transfer hədəfində

Əlcəzairin “Moludiya” (MC Alger) futbol komandası heyətini gücləndirmək üçün iki futbolçunun transfer imkanlarını araşdırır.

İdman.Biz xəbər verir ki, paytaxt təmsilçisinin maraq dairəsində “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Yassin Benzia yer alır.

Hazırda klubsuz olan Benzianın azad agent statusu onun transferini asanlaşdıra bilər. Əlcəzair millisinin sabiq üzvünün beynəlxalq təcrübəsi və texniki bacarıqları komandanın hücum potensialını artırmaq baxımından cəlbedici hesab edilir.

Bununla belə, 32 yaşlı futbolçunun fiziki hazırlığı, maliyyə tələbləri və karyerasını davam etdirmək istədiyi layihə transferin mümkünlüyünə təsir göstərəcək əsas amillərdir.

Məlumata görə, “Moludiya”nın əvvəlki rəhbərliyi də Benzianı heyətinə qatmaq istəyib, lakin danışıqlar müsbət nəticələnməyib.

İdman.Biz