İngiltərənin “Kristal Palas” futbol komandası baş məşqçi Pyer Sajı istefaya göndərib.
İdman.Biz xəbər verir ki, London təmsilçisinin rəhbərliyi fransalı mütəxəssislə yollarını ayırmaq qərarını bazar ertəsi qəbul edib. Onun istefası isə bu gün təsdiqlənib.
Buna komandanın İngiltərə Premyer Liqasında uğursuz çıxışı səbəb olub. “Kristal Palas” ilk 10 turda cəmi yeddi xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Komanda ardıcıl dörd məğlubiyyətlə üzləşib və 24 qol buraxaraq çempionatın ən zəif müdafiə göstəricisinə sahib olub.
47 yaşlı Saj iyunda Fransanın “Lans” komandasından ayrılaraq “Kristal Palas”ın baş məşqçisi təyin edilib. Lakin London təmsilçisində cəmi 16 oyundan sonra vəzifəsini itirib.
Məlumata görə, fransalı mütəxəssis istefadan sonra bir müddət futboldan uzaq qalmaq istəyir. Onun sabiq komandası “Lans”a qayıda biləcəyi barədə xəbərlər yayılsa da, tərəflər arasında danışıqlar ciddi mərhələyə çatmayıb.
“Kristal Palas”ın yeni baş məşqçisi vəzifəsinə əsas namizəd isə Tomas Frankdır. Daha əvvəl İngiltərənin “Brentford” və “Tottenhem” komandalarını çalışdıran danimarkalı mütəxəssis fevraldan işsizdir.
London klubunun nəzərdən keçirdiyi digər namizədlər arasında Şon Dayç və Vitor Pereyra da var.
Qeyd edək ki, “Kristal Palas” Premyer Liqanın son oyununda öz meydanında “Liverpul”a 1:3 hesabı ilə məğlub olub.
