FIFA prezidenti Canni İnfantino Bakıda keçirilən U-15 Dünya Kuboku və Festivalında iştirak edən gənc futbolçuların istedadından danışıb.
İdman.Biz xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edərək Tayvanı təmsil edən yeniyetmə futbolçulardan birinin ona futbol tarixinin ən sevimli oyunçusunun kim olduğunu soruşduğunu bildirib.
İnfantino bu suala yalnız bir futbolçunun adını çəkməklə cavab verməyin çətin olduğunu vurğulayıb. O, futbol tarixində çoxsaylı möhtəşəm oyunçuların olduğunu qeyd edib.
FIFA prezidenti, həmçinin Bakıda keçirilən turnirdə bir sıra istedadlı yeniyetmələri izlədiyini bildirib. Onun fikrincə, futbol tarixinin gələcək ən böyük ulduzu məhz bu turnirdə iştirak edən gənclərdən biri ola bilər.
İnfantino həmin yeniyetmələrin dünyanın müxtəlif ölkələrindəki qız və oğlan uşaqlarına ilham verdiyini də vurğulayıb.
Qeyd edək ki, FIFA U-15 Dünya Kuboku və Festivalı oktyabrın 24-dən 30-dək Bakıda keçirilib. 189 ölkənin iştirak etdiyi turnirdə Azərbaycan millisi 84-cü yeri tutub. Yarışın A divizionunun qalibi finalda Çexiyanı 3:0 hesabı ilə məğlub edən İspaniya yığması olub.
