“Mançester Yunayted” Maykl Karriki istefaya göndərdi

12 Noyabr 2026 13:45
47
“Mançester Yunayted” Maykl Karriki istefaya göndərdi

İngiltərənin “Mançester Yunayted” futbol komandası baş məşqçisi Maykl Karriki vəzifəsindən azad edib.

İdman.Biz xəbər verir ki, bu barədə tanınmış italiyalı jurnalist Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Jurnalist paylaşımında Karrikin dərhal qüvvəyə minən qərarla istefaya göndərildiyini bildirib.

Karrik 2026-cı ilin yanvarında Ruben Amorimin gedişindən sonra komandaya rəhbərlik etməyə başlayıb. Daha sonra onunla uzunmüddətli əməkdaşlıq barədə razılıq əldə olunub.

O, “Mançester Yunayted”də ümumilikdə 32 oyuna rəhbərlik edib: 15 qələbə, səkkiz heç-heçə və doqquz məğlubiyyət.

İngiltərə klubunun yeni baş məşqçi postuna əsas namizədlərindən biri ABŞ millisini çalışdıran Maurisio Poçettinodur.

İdman.Biz