Özbəkistan nümayəndə heyəti DÇ-2027 öncəsi “Neftçi”nin akademiyasında olub - FOTO

12 Noyabr 2026 13:01
48
Özbəkistan nümayəndə heyəti DÇ-2027 öncəsi “Neftçi”nin akademiyasında olub - FOTO

Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 dünya çempionatına hazırlıq çərçivəsində iki ölkə arasında futbol sahəsində əməkdaşlıq genişləndirilir.

İdman.Biz xəbər verir ki, Özbəkistan Futbol Assosiasiyasının və Fərqanə vilayətinin futbol rəsmilərindən ibarət nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.

Səfər çərçivəsində qonaqlar AFFA nümayəndələrinin müşayiəti ilə Bakının “Neftçi” futbol klubunun bazasında və akademiyasında olublar.

Görüş zamanı futbol infrastrukturunun inkişafı, akademiyaların fəaliyyətinin təşkili və gənc futbolçuların hazırlanması sahəsində təcrübə mübadiləsi aparılıb.

Səfərin əsas məqsədlərindən biri 2027-ci ildə keçiriləcək U-20 dünya çempionatına hazırlıqdır. Turnirin qrup mərhələsinin bəzi qarşılaşmalarının Özbəkistanın Fərqanə vilayətində təşkili planlaşdırılır.

Qeyd edək ki, 2027-ci il U-20 dünya çempionatı ilk dəfə Azərbaycan və Özbəkistanın birgə təşkilatçılığı ilə keçiriləcək.

İdman.Biz