AFFA İntizam Komitəsi iki nəfəri dörd oyunluq cəzalandırdı

12 Noyabr 2026 12:46
43
AFFA İntizam Komitəsi iki nəfəri dörd oyunluq cəzalandırdı

AFFA İntizam Komitəsi İkinci Liqada hakimi təhqir edən futbolçu və məşqçini cəzalandırıb.

İdman.Biz xəbər verir ki, “Şəmkir”in futbolçusu Fuad Əhmədov “Ağstafa Gəncləri” ilə oyunun 90-cı dəqiqəsində referini təhqir edib.

Qırmızı vərəqə alan oyunçu dörd oyunluq cəza alıb, kluba 1000 manat cərimə kəsilib.

“Difai”nin məşqçisi Əli Hüseynov isə “Zəngəzur”la matçın 84-cü dəqiqəsində hakimin ünvanına təhqiramiz ifadələr işlədib. Mütəxəssis buna görə dörd oyunluq cəza ilə üzləşib, kluba 1000 manat cərimə kəsilib.

İdman.Biz